Menu

KXDR-lə Cənubi Koreya sərhədində atışma oldu

03.05.2020, 07:57
KXDR-lə Cənubi Koreya sərhədində atışma oldu

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasındakı sərhəddə odlu silahdan bir neçə atəş açılıb.

Bu barədə “Report” “Ryonhap”a istinadən xəbər verir.

“Bu gün səhər saat 07:41-də (Bakı vaxtı ilə saat 02:41-də) demarkasiya xəttinin mərkəzi ərazisindən müşahidə postuna (Cənubi Koreya-red) bir neçə atəş açılıb”, - agentlik hərbçilərə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Cənubi Koreya hərbçiləri Şimali Koreya istiqamətinə iki atəşlə cavab veriblər.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol