Fransada koronavirusdan ölənlərin sayı son sutkada 166 nəfərə, ümumilikdə isə 24 760 nəfərə yüksəlib. Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər verib.
Qeyd edilir ki, ölüm hadisələrinin 15 487-si xəstəxanalarda, 9 273-ü isə qocalar evlərində qeydə alınıb.
Hazırda 25 800 nəfər müalıcə alır, son sutkada 453 nəfər koronavirusa yoluxma halı aşkarlanıb. 3 817 nəfər xəstənin vəziyətinin ağır olduğu bildirilir.


Şərhlər