Menu

Türk dünyasının ortaq televiziyası yaradılacaq

03.05.2020, 19:12
Türk dünyasının ortaq televiziyası yaradılacaq

“Türk dünyasının ortaq televiziyası yaradılacaq”. “Report”un məlumata görə, bunu “Global Journalism Council” təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib.

Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb:“İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

Televiziyaya kimin rəhbərlik edəcəyinə gəlincə, müsahibimiz deyib ki, bu məsələlər ona həvalə olunub.

Şərhlər

t.ədalət 2020-05-03 19:56:42

TRT-1 kanalı var da.Əlavə kanala nə ehtiyac?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol