Menu

Bakıda xeyli sayda avtobus tıxacda qalıb

04.05.2020, 11:00
Bakıda xeyli sayda avtobus tıxacda qalıb

Hazırda Bakının Heydər Əliyev prospektinin (şəhər istiqamətində) köməkçi yolunda - tunelə girişdə tıxac müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Məlumata görə, bu səbəbdən həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb, onların intervalında gecikmələr yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol