Menu

Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənildiyi üzə çıxıb

04.05.2020, 12:10
Azərbaycanda xarici vətəndaşlara qanunsuz pensiya ödənildiyi üzə çıxıb

Hesablama Palatasının ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar olunub.

"Report" bu barədə ali audit qurumunun hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, DSMF-nin Bakı şəhərinin Binəqədi və Nizami rayon şöbələrində əmək pensiyası hüququ olmayan şəxslərə pensiya təyin edilib, əcnəbilərə daimi yaşamaq icazəsi olmadığı dövrlərdə pensiya ödənişi aparılıb, Nazirliyin komissiyası tərəfindən əlillik dərəcəsi etibarsız hesab edildikdən sonra da ödənişlər davam etdirilib, nəticədə ümumilikdə müvafiq olaraq həmin şöbələr üzrə 905,7 min manat və 524,9 min manat vəsait ödənilib.

Bundan başqa, Fondun aparatının saxlanılması xərcləri üzrə ümumilikdə 30,3 min manat artıq vəsait ödənildiyi, alınmış 400 000 ədəd dövlət sosial sığorta şəhadətnamələrinin plastik kartlarından 50 815 ədədinin və yaxud 12,7%-nin istifadəyə yararsız olduğu üzə çıxıb.

Şərhlər

Tanish 2020-05-04 14:17:14

Bunlarin hamsini iti govan kimi ishden govmaq lazimdir. Verilen elilik senedlerinin yaridan choxu fiktiv olub, pul vermekle alinib. Xaricde yashayan vetandashlara pensiyalar verilir, yoxlasalar yarisi xarici olkelerdede vetendashligi var. Icra strukturlari bunlarin yaninda toya getmelidir. Kime geldi pul muqabilinde elilik derecesi verirler. Cernobulda, muharibede olmayanlar, yalandan qacgin olub, guzetshli maash alanlari uze cixarsalar dovletin bucesi en azi ayda 20 milyon ekonoarete goturmelidir. Xalgin malini talan edenlere olum.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol