Menu

Çində yenidən vəhşi heyvan əti satılmağa başlayıblar - Fotolar

06.05.2020, 00:03
Çində yenidən vəhşi heyvan əti satılmağa başlayıblar - Fotolar

Dünyanı cənginə alan koronavirus pandemiyasının başladığı Çində yenidən vəhşi heyvanların əti satılmağa başlayıb. Belə ki, ölkənin Şenzen şəhərinin “Xihua Farmer’s Market” bazarında yenidən qurbağa və tısbağa əti satışa çıxarılıb. Halbuki mayın 1-dən etibarən ölkədə bu cür vəhşi heyvanların ətinin satışı qadağan olunmuşdu.

Adı çəkilən bazarda müştərilərin istəyi ilə canlı əqrəblərin də satılacağı bildirilir.

Xatırladaq ki, dünyanın bəlasına çevrilən koronavirusun Çinin Uhan şəhərindəki vəhşi heyvan əti satılan bazarda ortaya çıxdığı ehtimal olunur.

Xalidə Gəray,Musavat.com

Şərhlər

Eko 2020-05-06 07:16:31

E bunnar adam deyilkiiii !!! Ele qirilmali milletdi !!

Elli 2020-05-06 00:17:03

Allah qoysa bu dəfə elə virusa yoluxarlar ki, birdəfəlik olarlar inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol