Menu

Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri həlak oldu

02.10.2014, 14:36
Qazaxıstanda Azərbaycan diasporunun rəhbəri həlak oldu

Qazaxıstan Azərbaycanlıları İttifaqı sədrinin Şərqi Qazaxıstan üzrə müavini Qalib Məmmədov dünən Pavlodar şəhərində avtomobil qəzası keçirərək, 56 yaşında dünyasını dəyişib.

Qazaxıstan Azərbaycanlıları İttifaqının sədri Vidadi Salahov Modern.az-a bildirib ki, Qalib Məmmədov Azərbaycan diasporunun formalaşması və təkmilləşməsində, Azərbaycan həqiqətlərinin yayılmasında çox böyük işlər görmüşdü.

“Ürəyi hər zaman Azərbaycan eşqi və məhəbbəti ilıə dolu bir diaspor nümayəndəsini itirmək Qazaxıstan Azərbaycanlıları üçün böyük itkidir”.

Mərhumun nəşi bu gün Astanadan Bakıya gətiriləcək. Sabah doğulduğu Biləsuvar rayonunda dəfn olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol