"2020-ci ilin mart ayında manatın real məzənnəsi son 19 ayda ən yüksək həddə bahalanıb - 3.1 faiz. Qeyri-neft sektoru üzrə manatın real bahalanması 5 faizdən çox olub".
“Azpolitika.info" xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev bildirib. Ekspert bildirib ki, milli valyutanın real effektiv məzənnəsi onun başqa valyutalar qarşısında bazarda müəyyən olunan, yaxud Mərkəzi Bank tərəfindən fiksə olunan məzənnəsindən fərqli olaraq alıcılıq qabiliyyəti əsasında dəyərini əks etdirir.
R. Ağayevin sözlərinə görə, iki valyutaya münasibətdə real məzənnənin dəyişməsinə 2 göstərici təsir edir - nominal məzənnədə baş verən dəyişiklik, 2 ölkənin istehlak qiymət indeksində baş verən dəyişiklik: "Bu ilin martında qeyr-neft sektorunun timsalında manatın nominal effektiv məzənnə indeksi 4.5 faiz, real məzənnə indeksi 3.1 faizə yüksəlib, istehlak qiymətlərinin aylıq artımı 1 faiz təşkil edib. Diqqət edirsinizsə, nominal məzənnədə bahalanma çox yüksək olub".
Bunun səbəblərinə gəlincə, iqtisadçı Azərbaycanda dollara bağlı fiksə edilmiş məzənnə müqabilində əsas xarici ticarət partntyorlarımızın hamısında dəyəri əsasən bazarda müəyyən edilən çevik məzənnə sisteminin mövcudluğunu göstərib: "Əsas ticarət partnyorlarının - Türkiyə, Rusiya, Çin, Qazaxıstan və s. milli valyutaları son 2 ayda xeyli dəyər itirib. Milli valyutanın real bahalanması o deməkdir ki, sizin ixrac etdiyiniz milli məhsul və xidmətlər bahalanır, xaricdən idxal etdiyiniz isə daha ucuz olur. Beləliklə idxal stimullaşır.
Real effektiv məzənnə indeksi üçün meyar götürülən göstərici 100-dür. Bu göstərici 100-dən nə qədər aşağı olarsa, milli valyutanın arxasında durduğu məhsul və xidmətlərin beynəlxalq rəqabətə davamlılığının artdığını, 100-dən üzü yuxarı getdikcə isə rəqabət qabiliyyətinin düşdüyünü göstərir.
Məsələn, manatın real məzənnə indeksi martda 104.9, türk lirəsinin məzənnəsi 73 olub.
2018-ci ilin yanvarından indiyədək manatın qeyri-neft sektoru üzrə real məzənnəsinin 15 faiz bahalanması bu sektorun beynəlxalq ticarətdə rəqabət gücünü əhəmiyyətli dərəcədə zəiflədiyinə işarədir".
Azpolitika.info


Şərhlər
Gozel hekayedir. Idxalo ona gore stimallasdirilir ki,monopolistler varlansinlar. Idxal o vaxtvstimullasar ki,dollarl bogub bir hedfe saxlayasan,bazarda manatla qiymetler qaldirasan. Bizde bu halovcudfur.manat deyerini getfikce itirdiyi ise ortadadir.
Nə olsun.apreldə 15 faiz manat alıcılıq qabiliyyətinə görə ucuzlaşıb.
Gozel hekayedir. Idxalo ona gore stimallasdirilir ki,monopolistler varlansinlar. Idxal o vaxtvstimullasar ki,dollarl bogub bir hedfe saxlayasan,bazarda manatla qiymetler qaldirasan. Bizde bu halovcudfur.manat deyerini getfikce itirdiyi ise ortadadir.
Gozel hekayefir..