BU PROKURORLARIN VƏ POLİS RƏİSLƏRİNİN HƏBSİ İSTƏNİLİR - Siyahı

“İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır. Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”.

“AzPolitika.info” xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən YAP-çı millət vəkili Siyavuş Novruzov bu fikirləri səsləndirməklə, faktiki olaraq, sözügedən rayonların hüquq-mühafizə orqanlarının rəhbərlərinin də həbsini tələb etmiş olub. 

Oxşar fikirlərlə bəzi tanınmış şəxslər, partiya rəhbərləri də çıxış edib.

Bəs S.Novruzovun nəzərdə tutduğu polis rəisləri və prokurorlar kimlərdir?

Beləliklə, icra başçıları həbs olunan rayonlar üzrə prokurorların və polis rəislərinin adlarını təqdim edirik:

1.Yevlax rayonu - sabiq icra başçısı Qoca Səmədov həbs olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Prokuror – Elxan Pənahov.

Polis rəisi – polkovnik Elnur Mehdiyev.

2.Ağstafa rayonu - icra başçısı Nizaməddin Quliyev həbs olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Prokuror – Aslan Surxayev.

Polis rəisi – polkovnik Elsəvər Aslanov.

3.Neftçala Rayonu - icra başçısı İsmayıl Vəliyev həbs olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prokuror – Aydın Əliyev.

Polis rəisi – polkovnik Vüsal Şəbəndiyev.

4.Biləsuvar rayonu - icra başçısı Mahir Quliyev həbs olunub və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prokuror – Camal Bağırov.

Polis rəisi – polkovnik Ələddin Səfərov.

5.İmişli rayonu - icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Prokuror – Baş Ədliyyə müşaviri Valeh Səmədov.

Polis rəisi - polkovnik Füzuli Şıxəliyev.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Eli-yə 2020-05-10 19:42:14

37-ci ili kim təkrarlaya bilər ki? Hamısı bir bezin qırağıdır.Görmürsünüz,8-10 il adam yığıb,söküb.yeyib hələ indi ayılırlar.Bunun nə demək olduğunu görəsən yuxarılar anlaya bilir?Hələ işdən çıxarılıb milyardlar dağıdanlar (Cahangir Hacıyevdən başqa ) kənarda gəzir,heç soran var?smt

Şərhçi 2020-05-08 23:24:16

Siyavuş müəllimin qaldırdığı mövzu obyektif bir mövzudur, çünki mühafizə orqanları dövlətin mənafeyini qorumaq üçün xidmət etməlidir ? Onlar bircə fəaliyyət göstərdiklərinə görə, bircədə həbs olunmalıdırlar ?

Amin 2020-05-08 00:09:23

Hörmətli Səyavuş müəllim!Doğru deyirsiniz.Lakin...Araşdırsanız görərsiniz ki,son 15-20 ildə nə qədər prokurorluq əməkdaşı İH-nin nəin ki başçıssı hətta adi işçisini çağırmağa görə cəzaya məruz qalıb,orqandan çıxarılıb,hətta həbs olunub.Prokuror vəzifəyə təyin ediləndə ona tapşırıq belə olub ki,başçı ilə yola get!!!

Mustafaoğlu 2020-05-07 23:10:39

Siyavuş müəllim məsələnin kökündən yapışıb, Prokuror və Rəis dövlətin mənafeyinə xidmət etməlidirlər, İcra Başçısına yox ? Aidiyyatı qurumların rəhbərləri külli miqdarda dövlət əmlakını mənimsəyən İcra Başçısını və onun əməkdaşları haqqında aidiyyatı üzrə məlumat vermirsə, deməli həmin məmurlar yerində deyillər və onlar haqqında da qanuni mtədbirlər görülməlidir...

Aqayev 2020-05-07 17:23:07

S.Nvruzov düz deeyir BÜTÜN r-ın Prokuror və polisləri,SES,QTN-yi,verği və diğər orqanlar HAKQ yıqırlar.

Lalə 2020-05-07 11:29:30

Rüşvət və talançılıqda ölkə üzrə İH başçıları arasında birinci yerdə Bərdənin başçısı Vıdadı İsayev durur.İlk növbədə o həbs edilməlidir

Cəmşid Dərələyəzli 2020-05-07 10:22:38

Pirallahının başçısı Vasif İmanov və onun qolbəyiləri olan və 2016 cı ildə ölüm hadisəsinin də səbəbkarları olan Manaf Manafovun və Həsən Niftəliyevin də götürülmələrini qeyrətli DTX xahiş edirik. Bütün rayon bu adamların əlindən boğaza yığılıb artıq.

vidadi goyce 2020-05-07 08:14:13

metamorfoza, bu adam beriyanin,vishinskinin sol qoiu imish

Müfəttiş 2020-05-06 19:19:49

5 -iidən artıq bir rayonun Prokuroru dəyişmirsə, deməli torbada pişik var...

Qambay Muradov 2020-05-06 15:15:50

Prokuror və polis rəisləri vəzifəyə təyin olunarkən onlardan tələb edilir ki, həmin rayonun icra hakimiyyəti başçısından razılıq məktubu alınsın. Belə razılıq olmasa əmrləri verilmir, təyinat baş tutmur. Belə olan halda prokuror, rəis icra başçısına neyləyə bilər?!

Celal 2020-05-06 14:55:13

Guya ,siyavus bey bilmir ki,prezidente gonferilen sikayetler mueyyen adamlar terefinden geri,-icrs hakimiyyetlerine ve sikayet edilen vezifelilere qaytarilir?

Eli 2020-05-06 14:23:11

Bu hesabla Azerbaycanda 37-ci il tekrarlammalıdır

Son yazılar