Menu

Neftin qiyməti davamlı yüksələ bilərmi? - Ekspert şərtləri sadalayır

06.05.2020, 14:52
Neftin qiyməti davamlı yüksələ bilərmi? - Ekspert şərtləri sadalayır

Dünya bazarında neftin qiyməti sürətlə artmaqdadır. "AzPolitika.info" xəbər verir ki, bu gün əsas neft markaları 15-20% bahalaşıb. Belə ki, "Brent" markalı neft hərraclarda 3,86 dollar və ya 14,2% bahalaşaraq 31 dolları keçib – 31,06 dollar. WTI markalı neftin qiyməti isə 3,9 dollar və ya 19,1% artaraq 24,3 dollara yüksəlib. Azərbaycan nefti də 29 dollardan baha satılır. Bu son 20 gündə neftin ən yüksək qiymətidir.

İqtisadçı ekspert, deputat Vüqar Bayramov qiymətin yüksəlməsini şərh edərkən bildirib ki, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır: "Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. 

Bu haqda "Bloomberg" agentliyi məlumat yayıb. ABŞ və Avropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən, qədim qitə iqtisadiyyatın yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, "qara qızıla" tələb yenidən azalacaq". 

Deputat qeyd edib ki, bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq.

AzPolitika.info

Şərhlər

t.ədalət 2020-05-06 15:59:42

Ekoloji böhran ,tədricəın neftdən imtina olunmasına səbəb olacaq.Avtomobillər yanacaqla deyil digər enerji ilə hərəkətə gətiriləcək.İndi qiyməti düşən neft istehsalçıların cəhdindən asılı olmayaraq bahalaşmayacaq.Bizim bilmədiyimiz hansısa ölkə,ola bilsin ki,yeni enerji qaynağının yaradılması ilə məşğuldur.Tezliklə təyyarə uçuşlarının da ixtisarına çalışacaqlar.Çünki hava məkanı xeyli zərərli tullantılarla yüklkənmişdir.Xərçəng xəstəliyinin əsas törədicisi olan kükürd və sulfat turşusu daha çox yanacaq vassitəsi ilə efirə atılır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol