Bu gün Avropa Liqasının II turunun oyunları baş tutacaq.
SalamNews xəbər verir ki, mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" növbəti oyununa çıxır. Qurban Qurbanovun başçılığı altında "Qarabağ" İtaliyanın adlı-sanlı klublarından olan "İnter"(Milan)la qarşılaşacaq.
“Cüzeppe Meattsa” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
00:05. “İnter” (İtaliya) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Getsikov, Oleq Maslyanka (Belarus)
Milan. "Cüzeppe Meatsa" stadionu


Şərhlər