"65 yaşdan yuxarı insanların evdə saxlamağın bir səbəbi var, bu da onların sağlamlığını qorumaqdır".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, tendensiya müsbət qalarsa, əlavə yumşadılma tədbirlərində bu məsələ nəzərdən keçirilə bilər: “Epidemioloji vəziyyət qiymətləndirilərək, Nazirlər Kabineti tərəfindən qərarlar veriləcək”.


Şərhlər
:65 yaşdan yuxarı insanların sağlamlıq vəziyyəti 25-40 yaşlarındakılara nisbətən daha sağlamdır.Çünki onların əksəriyyəti Azərsun məhsulları ilə qidalnmayıb və onların bədənlərində immunitet gənclərinkindən dha yaxşıdır.Sadcə onları evdə qalla hərəkətlərinə məhdudiyyət verməklə sağlam olanını da xəstələndirə bilərsiniz.Çünki hərəkət orqanizm üçün vacibdir.Ona görə belə qərarın heç bir mənası olmadığıdan ləqv edilməlidir.
Yaşı 65-dənb artıq olanları evdə saxlamaqla onların sağlamlığını qorumaq yox,tez ölümünə təkan verilmişdir.Evdə hərəkətsiz qalan bu adamlarda ürək-damar xəstəlikləri artmışdır.Dəyərindən onlarla baha satılan dərmanları almaq imkanı olmayan yaşlıların ölümü artmışdır.Bu da pensiya alanların sayının azalmasına aparır ki,hakimiyyətə sərf edir.