Menu

Yol polisi karantin cərimələrinin ödənilməsini tələb edir - Ekspertin fikrincə isə bu cərimələr ləğv olunmalıdır

06.05.2020, 18:23
Yol polisi karantin cərimələrinin ödənilməsini tələb edir - Ekspertin fikrincə isə bu  cərimələr ləğv olunmalıdır


Dövlət Yol Polisi İdarəsinin (DYP) yaydığı məlumata görə, ümumilikdə 1 aprel 2020-ci ildən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 48386 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Maraqlıdır, vətəndaşlar cərimələri könüllü şəkildə ödəyirmi, yaxud ödəməkdən imtina edənlər varmı? Bu zaman onları nə gözləyir?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a bildirib ki, cərimələrin ödənilməsi məcburidir: “Karantin rejiminin pozulmasına görə cərimələnənlərə ödənişlər üçün 1 ay vaxt verilib. Əgər 1 ay sonra cərimələr ödənilməzsə, inzibati materiallar məcburi icraya yönəldilir. Amma qeyd edim ki, kifayət qədər şəxs cəriməsini ödəyir”.

Qeyd edək ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) məsuliyyətə cəlb etmə nəzərdə tutulub.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -- fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Hafiz Həsənov "AzPolitika.info"-ya bildirib ki, mart ayının 19-dan aprel ayının 13-a qədər müddətdə DYP tərəfindən sürücülərin cərimələnməsi qanunsuzdur. 

Çünki həmin dövrdə DYP-nin cərimə etmək səlahiyyəti olmayıb. Bu səlahiyyət yalnız aprel ayının 13-də Prezident İlham Əliyevin İXM-ə dəyişikliklər edilməsi ilə bağlı Fərmanından sonra yol polisi əməkdaşlarına verilib. Göstərilən müddət ərzində 18867 sürücüyə kəsilmiş cərimələr bu səbəbdən ləğv olunmalıdır.

AzPolitika.info

Şərhlər

Vaqif 2020-05-07 02:34:03

Insanlara normal ne verirsiniz ki,hele cerimeleyirsiniz ?

Adil 2020-05-06 19:47:30

Ne cerimeee ayibdiyeee

Roman 2020-05-06 19:15:41

Men kūceye cixmamişam.Icaze alib 2 ya 3 saatliq cixmişam.Onda mende hec olmasa 50 manat kompensasiya isteyirem.

t.ədalət 2020-05-06 18:42:50

Cərimələrin ödənilməsində dövlət israrlıdırsa,deməli,karantinin müddəti də bu məqsədə xidmət edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol