Menu

Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

07.05.2020, 11:04
Milli Məclis Aparatı və İşlər İdarəsinin 80-dən çox əməkdaşı işdən çıxarılıb

“Milli Məclisdə struktur islahatları davam etdirilir”.

Bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.

O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.

M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.

Şərhlər

Vətəndaş 2020-05-07 13:36:27

Afərin! Milli Məclisdə bu boyda ştatlı işçilər nə ilə məşğul olublar? Hələ bir deputatdan başqa deputatln kpməkçi ştatı! İndiki deputatlar oraya Aparatdan gpndərilən təklifləri təsdiqləməkdən başqa işləri olmadığı,ağıllı bir təklif irəli sürə bilmədikləri halda bu "köməçilər" nəyə gərək olur?iBəlkə deputatlar onları mühafizəçi kimi istifadə edirlər?Maraqlı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol