Son 6 ayda Dövlət Təhlükəsizlik Xidmətininin (DTX) keçirdiyi əməliyyatla həbs edilən icra başçılarının heç biri özünə vəkil tutmayıb. Barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş keçmiş məmurların hüquqlarını dövlət tərəfindən təyin olunan müdafiəçilər qoruyur.
Başqa bir maraqlı məqam ondan ibarətdir ki, keçmiş məmurlar özünümüdafiə hüququnun başqa imkanlarından da yararlanmaq istəmirlər. Məsələn, 5 keçmiş icra başçsının heç biri barələrində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti verməyib.
Əlbəttə, icra başçıların həbsinə əsas olan video kadrlar cəmiyyətə nümayiş etdirilib. Orada ittihamda yer alan bütün maddələr üzrə faktlar var. Bununla belə adi vəkil xidmətindən yararlanmaq istəməmələri düşündürücüdür.
Xatırladaq ki, 5 il əvvəl ləğv edilmiş MTN və Rabitə Nazirliyinin yüksək çinli məmurlarına qarşı əməliyyatlar zamanı həbs edilən şəxslərin əksəriyyəti müstəqil vəkillərin xidmətindən istifadə ediblər. Eyni zamanda daxili məhkəmə instansiyalarında barələrində irəli sürülən ittihamlar üzrə təqsirsizliklərini sübut etməyə çalışıblar. Doğrudur, keçmiş məmurların heç biri Avropa Məhkəməsinə müraciət etməyə cürət etməyib. Bununla belə keçmiş icra başçıları ilə müqayisədə vəkil tutmaq, verilən məhkəmə qərarları mübahisələndirmək kimi cəsarət nümayiş etdiriblər.

Onun sözlərinə görə, bu səbəbdən də hüquqi baxımından şikayət verməyə ehtiyac duymurlar: "Digər tərəfdən, bu cür həbslər ali icra hakimiyyətinin siyasi iradəsinə bağlı olduğundan həbs edilən icra hakimiyyəti başçıları formal hüquqi də olsa, şikayət vermənin onların işi üçün əks effekt verəcəyindən çəkinirlər".
Həbs edilən yerli icra hakimiyyəti başçılarının vəkillə təmin olunmasına gəldikdə isə, H. Həsənov deyir ki, onlar formal hüquqi də olsa bütün hallarda ya öz hesablarına və ya da dövlət büdcəsi hesabına vəkillə təmin olunurlar.
"Sadəcə, bu tip işlərdə vəkilin həbs edilən şəxslərin xeyrinə görə biləcəyi işlər olduqca azdır və məsələ hüquq müstəvisindən daha çox siyasi müstəvidə həll olunur" - deyə hüquqşünas vurğulayıb.

AzPolitika.info


Şərhlər
Mence onlar fikirlesirlerki "belede qaytardilar". Amma savasmaq lazimdir.. Yoxsa durub deyirler ki sadiqem.. Sen nece sadiq ola bilersen? Packs packs pul ekmisen