Menu

"Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur" - Nazir

07.05.2020, 17:15
"Tədris prosesinin iyunun 1-də bərpa edilməsi nəzərdə tutulmur" - Nazir

"Tədris prosesinin iyunun 1-dən etibarən bərpa edilməsi nəzərdə tutulmur. Yəni həmin tarixdən dərslər başlamayacaq". "Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, imtahanların keçirilməsi ilə bağlı yeni normalar hazırlanıb: "Yaxın günlərdə sənədin təsdiq edilməsi planlaşdırılır. Fərqli yanaşmalar olacaq. Normativ və hüquqi baxımından məsələlər müzakirə olunur. Bu prosesi tənzimləyən qaydalar sənədi Baş Nazirə təqdim olunub. Təkliflər mövcud vəziyyətə uyğun, şərait nəzərə alınaraq hazırlanıb".

Şərhlər

t.ədalət 2020-05-07 17:36:10

Onsuz da olmayan təhsil daha pis günə qaldı.Rusiya Azərbaycanda təhsilli adamların olmaması üçün çoxdan dəridən-qabıqdan çıxırdı.Savadsız ölkəıni həm işğal edib müstəmləkəyə çevirmək,həm də müstəmləkə kimi idarə etmək asan olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol