Menu

Azərbaycanda qüsur, kəkələmə, kar, kor, lal sözləri qanunvericilikdən çıxarılır

08.05.2020, 09:48
Azərbaycanda qüsur, kəkələmə, kar, kor, lal sözləri qanunvericilikdən çıxarılır

Azərbaycan Respublikası BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasını ratifikasiya etməklə əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılması, onların bəşəriyyətin bir hissəsi kimi qəbul olunması kimi öhdəlikləri ilə yanaşı, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə şərəf və ləyaqəti alçaldıcı sözlərin ləğv edilməsi öhdəliyini üzərinə götürüb.

"Report" xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən "qüsur" sözünün "pozuntu", "kəkələmə" sözünün "qeyri-iradi nitq pozuntusu", "kar" sözünün "eşitmə qabiliyyəti məhdud", "kor" sözünün "görmə qabiliyyəti məhdud", "lal" sözünün "nitq qabiliyyəti məhdud" sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanan layihə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunacaq.

Şərhlər

t.ədalət 2020-05-08 12:25:02

Min illərdir xalqımız bu xəstələrə nəyi lazım bilibsə həmin adı verib.Mövcud sözləri həqarət hesab etmək nadanlıqdır.Effemizimlər ziyalılar tərəfindən bvəzən işlədilir.Məsələn,kəkoylara "dili şirindir" -deyiblər.Birdə ki dərdi verən Allahdır.Biz sözü dəyişməklə o dərdi adamlardan uzaqlaşdıra bilmərik.

Mehdi 2020-05-08 10:58:21

Vallah başınızı itirmisiniz. Nə vaxtan lal, kor, qüsurlu və digər qeyd olunan sözlər təhqir hesab edilir. Kim onu məcazi mənada işlədirsə - yəni deyilənlərə reaksiya verməyən, şikayəti qulaq ardına vuran adamlara kar olub demək təhqir sayılır. Amma lal adama lal demək heç vaxt təhqir sayılmayıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol