Menu

Rusiyada koronavirus rekord həddə çatıb - Tramp Putinə kömək təklif etdi

08.05.2020, 16:05
Rusiyada koronavirus rekord həddə çatıb - Tramp Putinə kömək təklif etdi

Rusiyada koronavirusa gündəlik yoluxma halları cümə axşamı rekord həddə çatıb. Fransa və Almaniyanı geridə qoyan Rusiya yoluxma hallarına görə dünyada beşinci yeri tutub. Moskva meri rəsmi statistikanın dəqiq rəqəmləri əks etdirmədiyini, yoluxma hallarının daha yüksək olduğunu deyib.

"AzPolitika.info" Rusiya mətbuatına istinadən xəbər verir ki, son 24 saat ərzində 11231 hal qeydə alınmaqla, rəsmi say 177 160-a çatıb ki, bu da Rusiyanın hazırda Almaniya və Fransadan irəlidə olduğu deməkdir.

Yoluxma və ölüm hallarının yarısından çoxu Rusiyanın paytaxtı Moskvada qeydə alınıb. Cümə axşamı Moskvada 6703 hal qeydə alınıb ki, bu yoluxma hallarını rekord həddə çatdırıb. Hazırda patyaxtda rəsmi say 92 676-dır.

Lakin Moskva şəhərinin meri Sergey Sobyanin araşdırmaların Rusiya paytaxtında yoluxanların sayından üç dəfə çox, təxminən 300 min olduğunu deyib.

Moskvanın Səhiyyə Nazirliyi koronavirus testlərinin gecikdirilməsinin çox hallarda saxta nəticələr verdiyini, getdikcə daha çox moskvalıda heç bir simptom müşahidə edilmədiyi və ya xəstəliyi yüngül formada keçirdiyini bildirir.

Kremlin cümə axşamı bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı koronavirus pandemiyası ilə mübarizədə Moskvaya tibbi yardım göndərməyi təklif edib.

Kreml iki prezidentin telefon söhbəti zamanı qlobal neft bazarlarının vəziyyətini, OPEK üzvü olan və olmayan ölkələr arasındakı hasilat sövdələşmələrini dəstəklədiklərini, neft qiymətlərinin sabitləşməsinə yardımlar məsələsini müzakirə etdiklərini bildirib.

Keçən ayın əvvəlində ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın koronavirsla mübarizəyə yardım üçün Nyu-Yorka tibbi avadanlıqlar göndərdiyini bildirmişdi.

"Martın 30-da Donald Tramp və Vladimir Putin arasındakı telefon danışığından sonra ABŞ Rusiyadan lazımi tibbi avadanlıqların, o cümlədən mexaniki ventilyator cihazlarının alınmasına razılıq verib” - deyə, məlumatda bildirilmişdi.

"Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib” - deyə, Kremlin sözçüsü Dmitri Peskov demişdi. Trampın özü də Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışmışdı.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol