DTX ƏMƏLİYYAT APARARKƏN NAZİR DƏ ORADA OLUB

Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanların bəzilərinin adları məlum olub.

Yoxlama və əməliyyat-istintaq tədbirləri yekunlaşdıqdan sonra bir neçə şəxs saxlanılaraq DTX-yə aparılıb.

Onların sırasında nazirliyin Mədəniyyət baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və mətbuat katibi İntiqam Hümbətov də var. Nazirin müavini Rafiq BayramovZakir Sultanovun evində də axtarışlar aparılıb. Z.Sultanov həm də tikinti sahəsini kurasiya edirmiş.

R.Bayramovun musiqi məktəbləri rəhbərlərindən rüşvət tələb etmək şübhəsi ilə saxlanıldığı deyilir.

Əməliyyat zamanı nazir Əbülfəs Qarayev də nazirlikdə olub. (“Qafqazinfo")

635x100

Şərhlər

Araşdırmaçı 2020-05-08 23:26:03

Naziridə həbs etsələr yaxşı olar, çünki Şəkiyə təyin etdikləri kadr hər şeydən xəbər verir ?

Anar 2020-05-08 23:06:52

Nazir nazirrliyin işinə əsas cavabdeh deyil? Axı ona tabeolan müavin və digərləri onun göseərişlərini yerinə yetirirər.Əgər bunu etməsə idilər,o zaman nazir 0nlarla çoxdan vidalaşardı.Burada nəsə ikili yanaşma hiss olunurş

Rabitəçi 2020-05-08 22:00:56

DTX Rabitə Nazirliyinə yolunu salsa yaxşı olar ?

Son yazılar