NAZİR MÜAVİNİ və DÖVLƏT XİDMƏTİNİN RƏİSİ İŞDƏN ÇIXARILDI - Sərəncam
Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, R.Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. O, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışırdı.
Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı da sərəncam imzalayıb.
Qeyd edək ki, Z.Sultanov 2014-cü ildən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışırdı.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.