Menu

"Karantin rejimini yenidən sərtləşdirməyə ehtiyac yoxdur" - TƏBİB-in İdarə Heyətinin sədri

09.05.2020, 17:49
"Karantin rejimini yenidən sərtləşdirməyə ehtiyac yoxdur" -  TƏBİB-in İdarə Heyətinin sədri

“Karantin rejiminin yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi. Bugünkü statistikalar bizə onu deməyə əsas verir ki, təkrar sərt karantin rejiminə ehtiyac yoxdur. Metroda da sərnişinlər üçün xüsusi qaydalar müəyyənləşib”.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Amma, təbii ki, vətəndaşlarımız məsuliyyət olmalıdır. Ola bilər ki, dediyimiz kimi bayram günləri və həftə sonları sərt karantin yenidən tətbiq olunsun”, - TƏBİB sədri bildirib.

“Hazırda dünyanın bir çox ölkələrində karantinlə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılması prosesi həyata keçirilir”. Bunu isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Karantindən çıxış zamanı isə yoluxma halları hələ də müşahidə olunur. Bu isə gözləniləndir. Ona görə də bütün qaydalara riayət etməliyik”, - o bildirib.

Şərhlər

Eko 2020-05-10 08:08:03

Tebib kimdiyeee , teze cixib ortaya . Hani sehiyye naziri ?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol