Menu

"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" - BŞİH başçısı

10.05.2020, 10:53
"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" - BŞİH başçısı

"Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir"."Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

"Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir,Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq", - deyə BŞİH başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

Şərhlər

t.ədalət 2020-05-10 12:15:31

Hakimiyyət Rusiyaya meyilli olanları seçib heykəlini qoyur.Halbu ki Şərqdə ilk olaraq Demokratik Azərbaycan Cümhuriyyətinin qurucusu və milli fəxrimiz olan böyük Məmməd Əmin RƏSULZADƏNİN abidəsini ucaltmaqdan başlamaq lazımdır.Ömrünü milli dəyərlərə qurban vertənləri yaddaşlardan qopardıb atmaq mümkün deyil!Onlara qarşı olmaq,onların ömür yolunu Rusiyanın təəsiri ilə xalqdan gizləmək müvəqqəıti xarakter daşıyır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol