Menu

Bakıda şirkətə basqın oldu

02.10.2014, 16:36
Bakıda şirkətə basqın oldu

Şirkəti qarət edən şəxs saxlanılıb

Bakının Qaradağ rayonunda şirkət qarət olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə “Vüqar-4” MMC-nin ofisində baş verib.

Oğrular oranın direktoru Mustafa Cabbarovun iş otağından 7600 manat oğurlayıblar. Məlumat daxil olan kimi araşdırmalar başalnıb.

Qaradağ rayon Polis İdarəsi 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Zahir Quliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol