DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI 4 MİLYONU KEÇDİ - Yeni siyahı

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Artıq bəzi ölkələrdə ikinci dalğa yaşanır.  Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 4 milyon 43 min 647 nəfərdir. 

Ölənlərin ümumi sayı isə 277 min 29-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 405 min 42 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 361 min 576 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 48 min 4 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir. 

Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. ABŞ-da indiyədək 1 milyon 324 min 374 nəfər koronavirusa yoluxub. Dünən ABŞ-da saatlarda 29 min 162 nəfər yoluxma, 1687 nəfər isə ölüm halı qeydə alınıb.

Növbəti sırada yer alan İspaniyada ümumilikdə 260 min 117 nəfər yoluxub, 26 min 299 nəfər ölüb.

İtaliyada ümumilikdə 217 min 185 nəfər yoluxub, 30 min 201 nəfər ölüb.

İngiltərədə bu günədək 211 min 364 nəfər yoluxub, 31 min 241 nəfər ölüb.

Növbəti sırada şimal qonşumuz Rusiya yer alıb. Rusiyada bu gün 10 min 817 nəfər yoluxub, 104 nəfər isə ölüb. Ümumilikdə Rusiyada 198 min 676 nəfər yoluxub, 1827 nəfər isə ölüb.

Fransada ümumilikdə 176 min 79 nəfər yoluxub, 26 min 230 nəfər isə ölüb.

Onu da bildirək ki, indiyədək dünyada koronavirusa yoluxanların 16 faizi dünyasını dəyişib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar