Bu gün “Günay Bank” ASC və “Günay Sığorta” ASC-nin kollektivi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
10 may 1923-cü il tarixində anadan olmuş Heydər Əliyev, öz həyat fəaliiyətində böyük əmək və zəhmət yolu keçib, Azərbaycan Respublikasının ictimai-siyasi inkişafında müstəsna xidmətlər nümayiş etdirib.
“Günay Bank” ASC və “Günay Sığorta” ASC heyəti hər zaman olduğu kimi dövlətimizin memarı Heydər Əliyevin əsasını qoyduğu kursu daim yüksək dəyərləndirir, xalqının sevimlisi kimi onu dərin hörmət və ehtiramla anır.


Şərhlər