Müsavat Partiyasının üzvləri Prezident Admnistrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə İş şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəcisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, görüşdə Müsavat Partiyasının üzvləri, tanınmış hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, o cümlədən tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı iştirak edib: "Sözsüz ki, Müsavat Partiyası siyasi partiyalarla bağlı müzakirə aparılan bir görüşdən kənarda qala bilməz. Söhbət olub. Hər şey bizim rəhbərlikdən asılıdır, biz Müsavat Partiyasının sadə üzvləriyik. Çox istəyərdim ki, bu dialoq olsun”.
Novella Cəfəroğlu qeyd edib ki, Müsavat Partiyası öz adı ilə yuxarıdadır: "Müsavat heç vaxt kənarda qalmayacaq. Müsavat öz adı ilə yuxarıdadır. Çox istəyirəm ki, bu dialoq alınsın”.

Müsavat başqanının müavini Səxavət Soltanlı isə bildirib ki, partiyada Ədalət Vəliyevlə görüş üçün onlara səlahiyyət verilməyib: “Yəqin ki, QHT rəhbərləri, qadın hüquqlarının müdafiəçiləri kimi öz təşəbbüsləri ilə görüşüblər”.
AzPolitika.info


Şərhlər
Bu qadınların üçü də naxçıvanlıdır və Novella Cəfəroğlunun (əslində Cəfərova-Epelbaum) şəbəkəsinin üzvləridirlər . Novella xanımın İçərişəhərdəki dəbdəbəli ofisində otururlar. Xidməti maşınları daha nələri, nələri .... Görəsən daha nə istəkləri var bunların
Görəsən bunlar hansı qadınların hüququnu müdafiə edirlər? Sumkalarını qrant pulları ilə doldiurmaqdan doldurmaqdan başqa bir işləri yoxdur. Yazıq qadınlar! Gör onların hüquqlarını kimlər müdafiə edir.
Bunların hansısı müxalifətçidir?! Bunlar bütün günü Ədliyyə Nazirliyindədirlər ki.Aldıqları qrantların da sayı hesadı yoxdur. Üçü də eyni məmləkətin övladları.