Menu

"İcra başçısı müavinini vadar edir ki, get pul yığ gətir" - Siyavuş Novruzov

10.05.2020, 20:03
"İcra başçısı müavinini vadar edir ki, get pul yığ gətir" - Siyavuş Novruzov

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməkdədir. Əvvəlcə Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov, sonra Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, ardınca Neftçalanın icra başçı İsmayıl Vəliyev, daha sonra Biləsuvarın icra başçısı Mahir Quliyev...

Bir neçə gün bundan qabaq isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbsxanaya göndərildi... İcra başçılarının ardınca sıra nazirliklərə çatıb. Belə ki, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbiri seçilib və hər ikisi həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də, nazirliklərdə əməliyyatlar aparması davam edəcəkmi? Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov axtarışların davamlı olacağını istisna etməyib: “Yeni baş prokuror Kamran Əliyev təyin olunanda cənab prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunun nəticəsi olaraq həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik”.

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib:

“Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”. (Modern.az)

Şərhlər

Ali 2020-05-11 13:38:58

Bunlarin hamisi sizin zumredendir ve sende talancinin boyuyusen, varinda onlardan hec az deyil.

sakit 2020-05-11 09:56:06

Vallah bu Sirquşun ağılı hərdən yerinə gəlir. Sirquş müəllim bir təklif ver, MM edam qanununu qəbul etsin. Bu qanunla "mərhum" Zakir Qaralovu Azadlıq meydanında edam edək.

islahat 2020-05-11 09:47:49

Siyavuş müəllim, zəhmət olmasa Binəqədi icra hakimiyyətinin humanitar məsələlər üzrə müavini Aygün Əliyevanın da fəaliyyətinə bir nəzər salın. 25 yaşlı Aygün xanımı Xaləddin İsgəndərov müavin təyin edəndən bu günə kimi humanitar şöbədə 5 şöbə müdiri dəyişib. İndiki başçı Elxan Allahverdiyev də bu xanımın nazı ilə oynayır. Bu xanımın rəhbərlok etdiyi humanitar sahədə korrupsiya baş alıb gedir.

sakit 2020-05-11 09:39:17

Vallah hərdən bunun da yaxşı təklifləri olur....MM-də təklif ver edam haqqında qanun çıxartsınlar və bu qanunla "mərhum" məmurları Azadlıq meydanında edam olunsun!

Aborigen 2020-05-11 09:23:09

Hörmətli deputatın məntiqinə görə pulu müavini yox özü yıxsaydı hər şey normal olardı?

qaxlı 2020-05-10 22:41:00

Siyavuş müəllim bunu tamamilə düz deyir ki,İH nin başçısı nə iş görürsə müavinlərinin əli ilə görür.QAX rayonunda da belədir.Rayonun padşahı Musa Şəkiliyevin bütün "işlərini"ni Elbrus Tağıyev görür.Pul yığmaq,adam döymək,və sairə.Bir sözlə unversal mavindir.Yerii gələndə Musa Şəkiliyev onu müdafiə edir.Yaxın qohumum Mustafa Muxtarov İH-nin qəbulunda Elbrus tərəfindən necə döyüldüsə bir az keçməmiş rəhmətə getdi.Ozaman bütün mətbuat yazdı,Siyavuş müəllim niyə onda münasibətini bildirmədi.Heç olmasa bir töhmət də olsa vermədilər.Belə olan halda o biri müavinlər də bundan ürəklənir bir az da çox şeşələnir.Özü də YAP-ın üzvü.

E-Hüquqii-iqtisadi aşırım 2020-05-10 22:23:30

Qəti ictimai məramsız qurumlar və şəxslər nəyə və kimə xidmət edirlər?

Şəki 2020-05-10 22:00:21

Siyavuş müəllim, İcra başçıları və onun müavinləri 5-ildən artıq bir yerdə işləməməlidirlər, çünki onlar bir yerdə uzun müddət işləyəndə həmin rayonu demək olarki özəlləşdirirlər.. Şəkidə İcra başçısı 2011 - ci ildən və onun 1-ci müavini 1999-cu ildən, İqtisadiyyat üzrə müavini 1998 - ci ildən, Hümanitar sahəyə baxan müavini 2005-ci ildən işləyirlər. Ona görə də bütün kadrlar özlərinin tayfalarındandır, o cümlədən Bələdiyyələrdə özlərinin qohum-qardaşlarıdır.. Bax sosial narazılıqlarıda yaradanlar rayonu özəlləşdirən məmurlardır ? Şəki belə məmurlardan təmzilənsə sosial narazılıqlar azalar....

D-Siyasi islahat 2020-05-10 21:59:53

Dövlət Vəzifəli siyasəti dondurub "Kənxuda" statusu alırmı?

C-Dövlət siyasəti 2020-05-10 21:52:45

Qanuna riayət, aşıra mübarizə partiyaların ictimai borcu və imici deyilmi?

B-Kadr islahatı 2020-05-10 21:44:12

H.Ə.Əliyev məhz haqsızlıqla mübarizə üçün Birinci Katib təyin edilib.

A-Haqlı siyasət 2020-05-10 21:38:20

Bərabər hüquqlu sovet dövlət həlılik vətəndaşların yaddaşındadır!

Mehdi 2020-05-10 20:57:55

Yaxsi deyəkki sən dediyin kimidir.Bəs icra bascisini kim vadar edir ay Siyavus.Bir onuda de bizlərdə bilək də nə paxilliqdi.

Azad 2020-05-10 20:10:44

Siyavuş bu talançılar hamısı YAP-ın üzvülədir. Tağı demiş........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol