Menu

Kvemo Kartlidə COVID-19-a yoluxanların sayı 200-ü ötdü

11.05.2020, 13:02
Kvemo Kartlidə COVID-19-a yoluxanların sayı 200-ü ötdü

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində indiyədək koronavirusa 207 yoluxma faktı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili məlumat verib.

Onun sözlərinə görə, artıq 57 nəfər COVID-19 infeksiyasından müalicə olunaraq sağalıb.

Qubernator deyib ki, son sutka ərzində ölkədə qeydə alınan yeni yoluxma hallarının 3-ü Tetritskaro rayonunun payına düşüb.

Ş.Rexviaşvili Kvemo Kartlidə epidemioloji vəziyyətin nəzarət altında saxlanıldığını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol