Menu

Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi

11.05.2020, 21:01
Türkiyədə 4 günlük komendant saatı tətbiq edildi

Türkiyənin 31 əyalətində koronavirus pandemiyası ilə əlaqədar komendant saatı tətbiq olunub. “Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, qeyd edib ki, komendant saatı mayın 16-dan 19-dək davam edəcək.

Son məlumatlara görə, Türkiyədə koronavirusdan ölənlərin sayı 3 786nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə138 657 nəfər yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol