Menu

ABŞ-da koronavirus qurbanlarının sayı 80 mini ötdü

12.05.2020, 01:49
ABŞ-da koronavirus qurbanlarının sayı 80 mini ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 1,3 milyon nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların yerli və federal hakimiyyət orqanlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkədə koronavirus qurbanlarının sayı 80,087nəfərdir. Ölkədə COVID-19 xəstələrinin sayı 1,34 milyondur.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol