Menu

TƏBİB onlayn sifariş edənlərə müraciət etdi

13.05.2020, 10:07
TƏBİB onlayn sifariş edənlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus pandemiyası dövründə onlayn sifariş edənlərə müraciət edib.

Müraciətdə kuryerlərlə birbaşa təmasdan qaçınmaq üçün məhsulların qapıya qoyulmasını xahiş etmək tövsiyə olunub.

Qeyd olunub ki, qida/əşyaları götürdükdən sonra əllər ən azı 20 saniyə su və sabunla yuyulmalı və ya spirt əsaslı məhlulla silinməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol