Vahid qiymət, qanuni işləmək və...
Bir qrup taksi sürücüsü sosial şəbəkələrdə "Taksi Club Baku" adlı qrup yaradaraq bir araya gəliblər.
Qrupun adminlərdən Ruslan Məhərrəmov Avtosfer.az-a bildirib ki, əsas məqsədləri taksi sürücülərinin hüquqlarının qorunması və istismarçı şirkətlərə qarşı boykot elan etməkdir. "Bəzi şirkətlər taksi fəaliyyətini elə bir vəziyyətə gətirib çıxarıblar ki, sürücülər çox əziyyət çəkir. Biz ilk növbədə istəyirik ki, taksiyə hörmət olsun. Çünki bu işi icra edən bir insandır və elementar hüquqları qorunmalıdır. Vahid qiymətin tətbiq olunması, bütün şirkətlərin də bu qiymət əsasında fəaliyyət göstərməsi bizim istəyimizdir. Şirkətlər rəqabət etmək üçün qiymət yox, keyfiyyət irəli sürsünlər.
Taksi sürücülərini əsas narahat edən məsələlərdən biri də şirkətlərin sayının çox olmasıdır. "Müştəri bazası dağınıq vəziyyətdədir. Sürücü saatlarla gözləyir ki, hansı şirkət sifariş verəcək. Əsas çətinliklərdən biri də fərqlənmə nişanıdır. Bir çox sürücülər qanunsuz fəaliyyət göstərir. Bu isə düzgün deyil. Düşünürük ki, normal şərtlər olarsa sürücülər də qanuni fəaliyyət göstərməyə daha üstünlük verər."
Mübarizə üsuluna gəldikdə isə sürücülər şirkətləri baykot etmək qərarına gəliblər. İlk olaraq "Maxim" və "Omega" şirkətlərinin baykotu ilə bağlı çağırış edilib. Eyni zamanda gün ərzində müxtəlif sifarişlər verərək sürücülər ilə kontakta girmək və bu şirkətlərdən imtina etmək bildiriləcək. "Cəmi iki gün kifayət edər ki, həmin şirkətlər həm qiymətləri normal şəkildə tənzimləsin, həm də sürücülərin hüquqlarını bərpa etsin."
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi sürücülərinin bu addımını dəstəkləyir: "Əslində bu çox doğru addımdır. Çünki taksi şirkətləri sürücüləri incidir, bəzi hallarda yersiz cərimə tətbiq edirlər. Hətta elə şirkətlər var ki, sürücülərə qarşı insanı münasibətlər belə bəsləmir."
Ekspert deyir ki, sürücüləri narazı salan əsas məqam da qiymətlərin düzgün tənzimlənməməsidir: "Mən qiymətlərin bahalaşmasının da tərəfdarı deyiləm. Amma şirkətlər faiz dərəcəsini aşağı sala bilər. Eyni zamanda müxtəlif bonuslar tətbiq etməklə sürücülərə dolanışıq yeri qoya bilərlər. Düşünürəm ki, sürücülərin bu addımı lazımi effekti verəcək".
Elməddin Muradlı deyir ki, taksi şirkətləri sürücüləri bir növ istismar edir: "Ortada vaxtı gedən, maşını nasaz hala gələn sürücü olur, taksi şirkətləri isə qazanır. Sürücüləri işə qəbul edən zaman depozit alır, kartla ödəniş şirkətin balansın keçir. Bəzən gündəlik qazanca nəzərət edə bilmirlər. Nəticədə bəzi sürücülər online ödəniş edən müştəriləri qəbul etmirlər. Çünki onlar düşünür ki, yığılan məbləğ düzgün hesablanmır. Bəzən isə yanacaq almağa pul tapa bilmirlər. Çünki ödəniş kart ilə olur".
Ekspert deyir ki, sürücülərin qazancını müəyyən etmək üçün şəffaf bir sistem yaradılmalıdır: "Nazirlər Kabineti, Milli Məclis səviyyəsində bu məsələyə baxılmalıdır. Konkret qərarlar qəbul edilməli, vahid qiymət sistemi müəyyən olunmalıdır".


Şərhlər
Bütün taksi şirkətləri bağlanmalıdı.vahid bir sistem qurulmalıdı dövlət tərəfindən bu halda qiytlərdə qalxacaq normal taksi qiymətləri olacaq.
Dovlet terefinden vahid tarif sistemi yaradilmalidir taksi gedishinde.O zaman bu shirketler mecbur olub keyfiyyetle reqabete girmeye chalishacaqlar,qiymeti ashagi salmaqla yox.Hesablayanda gorursen ki,taksi avtobus qiymeti ile beraber seviyyeye gelib chatib,hetta ashagi seviyyeyede dusbub.
Məndə məcbur qalıb ailəni dolandırmaq üçün taksi xidmətlərinə qosulmusam bir neçəsinə həqiqətəndə elə olur ki evə çörək almağa pul gətirə bilmirəm mənim maşınım nasaz vezyet halına gəlib çıxıb mən maşının rasxodunu ödəyə bilmirəm nədən ailəni dolandıra bilmirəm. Hələ mən öz uşağına məktəb paltarı belə ala bilməmişəm valideyin komeyim olmasa mən ayağa işdə qala bilmərəm. Nəyə görə mən evə heçnə ala bilmemeliyem uşaqlar meyvə isdiyir mən 2 ədədə ancaq güc çatdırıb alıram meyvə iki qoy mənimdə uşağım meyvə yesin. Yazdıqlarım hazırkı bugünki vəziyyətini bu günlük həyat yasamimnan götürmüşəm və yazmışam . Diqqətiniz üçün təşəkkür edirəm hər birinizə!
Salamaleykum men burdan hemkarlarımıza seslenerek bildirmek istiyiremki bigane qalmıyaq qowulaq bir nefer kimi bu baykota. Hansısa ermeni temsilçileri gelib vetenimizde biz sürücüleri ucuz qiymete iwlederek mawınlarımızı istismar etdirerek özlerine maliyye toplayırlar. Gelin destek çıxaqın bu kimi ucuz iwleden wirketlere. Köle olub bunların ucuz xidmetlerini iwlemiyek. Bir neçe ilden sonra bu kimi wirketler bizlere mawın alıb veren deyiller. Sağlığımız gedir mawınımız gedir. Zamanla istismar olmuyaq qepik quruwa!!!!