“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satan şəxs Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin miqyas və keyfiyyət göstəriciləri daha da gücləndirilmiş, sosial siyasətin prioritet istiqamətlərindən biri kimi bu sferada idarəetmənin təkmilləşdirilməsi və şəffaflığın təmin olunmasında mühüm irəliləyişlərə müvəffəq olunub.
Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiənin ayrılmaz tərkib hissəsini təşkil edən sosial təminat sistemində sui-istifadə hallarına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.
Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bil-bilə yalan məlumatlar daxil edib 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi.
Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə ölkəmizə ekstradisiya olunub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şərhlər
Inshallah, novbeti reydide TEBIBDE kechirderler. Vicdansizlar, tibb ishchilerini 12 saat ishledib, yalniz 6 saatin pulunu odeyibler(ozude vergi chixildiqdan sonra). .Camaati hambal kimi ishledib, gulmeli bir pullar paylanilib, ozude hele, yalniz mart ayi uchun. May ayinin ortasidir, hele , aprel ayi uchun odenishler edillmeyib. Kim talayir camaatin haqqini. Butun sehiyye ishchileri TEBIBDE yoxlamalarin aparilmasini ve odenilmeyen saatlarin odenishini teleb edir.Eks halda, gorum, TEBIB KIMI TAPIR KORONOVIRUSLA MUBARIZEYE GONDERMEYE?!
Hayıf o KİŞİNİN zəhmətindən vaxtı iylə Ulu Öndərə qarşı olanlar indi vəzifə başındadırlar.Zəli kimi sorurlar buccəni.Nazir hara baxır..Bəyəm onlar ücün biz canımızı qoymişduq yoxsa XALQ ücun.ONLAR HAMISI RÜŞVƏTİ ALIB ATAM MALI KİMİ QORXUSUNDAN HAQQ VERƏNLƏR ÖLÜMƏ MƏHKUMDURLAR.