Menu

BMT Azərbaycandan yardım istəyib

13.05.2020, 17:14
BMT Azərbaycandan yardım istəyib

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yardımla bağlı Azərbaycan Respublikasına müraciət edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə Azərbaycan tərəfindən yardım ayrılması nəzərdə tutulur.

Şərhlər

t.ədalət 2020-05-13 18:25:01

Azərbaycan öz əhalisinə haqqı olan pulu ödəməmək üçün min bəhanə axtarır.

Əli 2020-05-13 17:54:00

Bəs BMT niyə bizim torpaqlarımızın BMT-nin 4 qətnaməsinə əsasən torpaqlarımızın boşaldılmasına görə ermənistana müraciət etmir?

yalçın 2020-05-13 17:40:38

çox heyifki Fələstin rəhbər və təşkilatları daim və indi Hayastana dəstək veriblər, verirlər..belə olan halda, hansı üzlə?

Qasan 2020-05-13 17:21:43

Birazdan deyəcəklər erməni faşistləriədə yardım göstərin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol