5 RAYONUN PROKURORU VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Ramil Usubovun qudası və daha kimlər...

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:

Xətai rayon prokuroru Yusif İldırımzadə,

Sabunçu rayon prokuroru Ceyhun Şirinov,

Nəsimi rayon prokuroru Salman Məmmədli,

Qəbələ rayon prokuroru Məqsəd Orucov,

Yevlax rayon prokuroru Elxan Pənahov.

Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Qeyd edək ki, E.Pənahov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır. Yusif İldırımzadə isə keçmiş Daxili İşlər naziri Ramil Usubovun qudasıdır. 

635x100

Şərhlər

Ağayev 2020-05-17 22:26:53

Pensiya yaşı çatmış insanların təqaüdə göndərilməsi işdən azad olunma sayılır?Guya bununla nəsə düzələcək?

Sadiq 2020-05-16 00:44:30

ildirimzade cox evlar yixib. allah onun belasini veracak

Tanish 2020-05-15 03:46:37

Ildirimzade bir terefden Usubov diger terefden ise Misir Merdanov ile guda idi. Azerbaycanda ondan boyuk rushfetxor, talanci ve mafiyoz bir prokror ola bilmezdi. Pul vermeyenleri en boyuk cezaya capdirar, bununla o birilerine goz dagi vererdi. Siyasetbazligla yaltaqliqla meshgul olan Misir Merdanovun tutulmasi ne vavt olacaq goren, Azerbaycan tehsilini Abelle ishgal olunmush qarabaga cevirenlerin novbesi goren nece olacaq.

Son yazılar