Menu

Masallıda baş vermiş avtoqəzada sürücülərdən biri ölüb

15.05.2020, 00:05
Masallıda baş vermiş avtoqəzada sürücülərdən biri ölüb

Masallı rayonunun Çaxırlı kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayon ərazisində “КамАЗ” və “ГАЗ” markalı iki yük avtomobili toqquşub.

Nəticədə “ГАЗ” markalı yük avtomobilinin kabinəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “ГАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol