Menu

Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub - 46 nəfər oldu

15.05.2020, 17:40
Azərbaycanda daha 13 məhkum koronavirusa yoluxub - 46 nəfər oldu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: "Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub. "Cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunurdular. Onlar da əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı ilə bağlı idi".

O bildirib ki, xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edib: "Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları da yoluxdurub. Proses məhdudlaşdırılıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol