Menu

"Postların ləğvi nəzərdə tutulmur" - Nazirlər Kabineti

15.05.2020, 18:18
"Postların ləğvi nəzərdə tutulmur" - Nazirlər Kabineti

"Karantin rejimi tam ləğv olunmayıb. Ona görə də postların ləğvi nəzərdə tutulmur".

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənir: "Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək".

O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir.

İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: "Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin".

Şərhlər

Eko 2020-05-15 18:38:59

Postlara ehtiyac yoxdu , Azeri xalqi , qanun qaydaya riaet eden milletdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol