Menu

“Rüşvət verənlər də həbs olunmalıdır” – DEPUTAT

17.05.2020, 09:00
“Rüşvət verənlər də həbs olunmalıdır” – DEPUTAT

“Korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün rüşvət alanlarla yanaşı rüşvət verənlərin də həbs olunması son dərəcə zəruridir. Ona görə də artıq rüşvət verənlərin də həbs olunması təqdir olunmalıdır”.

Bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik rütbəli zabitinin rüşvət verməyə görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunması məsələsinə münasibət bildirərkən deyib.

Partiya sədri qeyd edib ki, dövlətimizin təhlükəsizliyinə, onun iqtisadi inkişafına və beynəlxalq nüfuzuna qarşı böyük təhdidə çevrilmiş korrupsiyaya qarşı ölkə Prezidentinin ciddi dəstəyi ilə DTX tərəfindən səmərəli mübarizə aparılır. “Artıq bu işə prokurorluq orqanları da qoşulub, törədilən cinayətə görə cəzanın labüdlüyü prinsipi təmin edilir. İnsanlarımızın kütləvi şəkildə buna inanacağı təqdirdə korrupsiyaya ciddi zərbə vurulacaq. Ölkəmizdə insanlar rüşvət verməsə rüşvətxorlar dövlət idarəetməsindən çəkilib biznesə gedəcəklər. Bundan isə həm özləri, həm də vətəndaşlarımız qazanacaq”.

Q.Həsənquliyev əlavə edib ki, bununla yanaşı dövlət idarəetməsi təkmilləşdirilməlidir ki, rüşvətxorları ifşa etmək asan olsun. “İnsanların kütləvi şəkildə korrupsiyaya bulaşması və onun nəticəsi olaraq kütləvi həbsi onların ailə üzvləri, yaxınları üçün ciddi mənəvi sarsıntılara səbəb olur. Ona görə də dövlət cinayətkarları cəzalandırmaqla yanaşı onun profilaktikası istiqamətində də ciddi qərarlar qəbul etməlidir. Ailələr isə hər hansı üzvünün həbsindən mənəvi iztirab yaşamamaq üçün aza qane olmalı, onları qanun pozuntularından çəkindirməlidirlər. Əgər kimsə iş yerini itirmək qorxusu səbəbindən qanunları pozmağa məcbur edilirsə, bu barədə Prezidentə açıq müraciət etməlidir. Yalnız cəmiyyətin açıq və ciddi dəstək verəcəyi halda Prezidentin korrupsiyaya qarşı başlatdığı bu müharibədə biz qalib gələ bilərik”.

“AzPolitika”

Şərhlər

Rizvan 2020-05-17 21:57:20

Adil bəy Vergilər nazirliyinə kimə və necənci ildə rüşvət vermisiniz? Rüşvət verə bilməyənlər kimi danışırsınız.

Adil 2020-05-17 17:52:53

Rüşvət alanlar tutulur,həbs edilirmi? Onda gərək vergi nazirliyi bütün Rəislər, şöbə müdürləri tutula idilər. Bircə nəfər tutuldumu?

Sadiq 2020-05-17 13:24:04

Bu rüşvətlə mübarizəyə mane olacaq. Heç kim verdiyi rüşvəti etiraf etməyəcək. Vətəndaşlar rüşvət halları barədə məlumat verməkdən çəkinəcəklər. Budurmu məqsəd?

Ədalət 2020-05-17 12:15:47

Siz fərli deputatsinizsa bir sorğu verin görün son 3 ildə nə qədər şəxs dövlət qulluğuna testsiz,müsahibə adı ilə nə qədər şəxs işə qəbul ediblər? Qanunun aililiyini pozaraq dost,tanış,qohum-əqrəba arasında vəzifələr bölüşür,kənar şəxsləri bezdirib ərizələr alınır.Bunlar hamısı koorupsiyaya şərait yaratmır ,bəs nə edir?

Eli 2020-05-17 12:10:34

Ne qeder ki bizde dövlet qulluğuna gelir menbeyi kimi baxilir rüşvetin kökünün kesilmesi çetin olcaq ancaq mümkündür bir şertle ki bezi dövlet orqanlatı ve memurları biznes sahesine kömek yox mane olmasınlar ve en azından edaletli reqabet prinsipine emel etsinlet ta qolomaqlıq yoxDiger terefdenmölkede hamı deqıq bilir ki hansı memurum hansı şirketı varBir de Xalqa Vetene mehebbet sevgi gösterseler Edalet mehkemeletine ehtiyac qalmayacaq

Sexavey 2020-05-17 11:47:48

Ay qsga,qanun bunu deyir de,senin qanundan xeberin yoxdur?esas mesele qanunlarln idlemesi temon olunmalidir.

t.ədalət 2020-05-17 10:30:55

Rüşvət verənlərin həbs olunması rüşvət alanlara şərait yaratmaqdır.Yəni,al,heç kəs şikayət etməyəcək.Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti pulunu almasa xəstə uşağı da orduya göndərir.Yazıq valideynlər balası ölməsin deyə,borca düşüb onların "haqqını" verir.İndi,buna görə valideyni həbs etməlidirlər?

adil 2020-05-17 10:27:40

Alibaba ))))

sakit 2020-05-17 09:38:03

Adamdan soruşarlar ki, sən necə oldu ki, deputat təyin olundun?

Aqahüseyin Aqayev 2020-05-17 09:33:36

RÜŞVƏTİ VERMƏYƏ MƏCBUR Edən də DEPUTATLARIN COXUDUR.Secici müracət edəndə deyir mən onsuz deputat olacam sən səs versəndə verməsəndə.Bunu mənə mənimlə QANKÖCÜRMƏ tntstutunda yatan bir xəstənin ATASINA indiki bir deputatın dediyidir.Hec olmasa UTANIN DÖVLƏTİN sizə verdiyi ADDAN....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol