Menu

Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapılıb

17.05.2020, 11:52
Füzulidə çayda batan 11 yaşlı qızın meyiti tapılıb

Füzuli rayonunda çayda batan 11 yaşlı qızın axtarışı başa çatıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan Məmmədova Aysun Arzu qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

A.Məmmədovanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol