Menu

Amerika indekslərində yüksəlmə qeydə alınıb

19.05.2020, 02:28
Amerika indekslərində yüksəlmə qeydə alınıb

ABŞ-da koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı ümidverici bəyanatlar Nyu-York Fond Birjasında (NYSE) keçirilən hərracda əsas indekslərin yüksəlməsinə gətirib çıxarıb.

“Report” xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksi3,85% bahalaşaraq 24 597,37 bənd, S&P 500 3,15% artaraq 2 953,90bənd, Nasdaq isə 2,43% yüksələrək 9 233,85 bənd təşkil edib.

“WTI” markalı yüngül neftin iyun fyuçerslərinin qiyməti 31,82 ABŞ dolları təşkil edib.

“The Wall Street Journal” nəşri bildirib ki, “WTI” markalı yüngül neftin dekabr fyuçerslərinin qiyməti 34,07 ABŞ dolları təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol