MİLLİ MİNOTAVR LABİRİNTİ
Fazil MUSTAFA, millət vəkili
Yunan düşüncə sistemində “Minotavr labirinti” deyilən bir anlayış var. Bu anlayışın digərlərindən fərqi ondadır ki, onun tətbiqi üçün real məkan da müasir Krit adasında hələ də qorunub saxlanır. Siyasət də buna bənzər bir labirint üzərindən yola çıxışdır. Bu labirintdə dalana dirənmişlər və illərdir inadına orada gəzişməyi sürdürənlərin əslində “yola çıxmaq” deyə bir hədəfləri olmadığından özlərini bu labirintin döngələrində “yola verməklə” məşğuldurlar. Aralarından xilas yolunu tapacaq Tesey kimi qəhrəmanın çıxmasına ümid azdır, hər gün insan bədənli, öküz başlı Minotavrın qurbanına çevrilməyə bir addım daha da yaxınlaşırlar.
Mənim Milli Şuraya, AXCP-yə, “Müsavat”a və başqa partiyalara qarşı bir partiya rəhbəri olaraq hansısa önyarğılı düşüncəm yoxdur. Hər birinə cəmiyyətimizin çoxrəngliliyinin təzahürləri kimi baxıram. Biz, işıqlı və parlaq adamlar bolluğunda yaşamayan bir millətik, ona görə də onun iqtidarında da, müxalifətində də, neytral zonasında da olan bu cür insanları qənimət olaraq görürsən və dəyərləndirirsən. Könül istərdi ki, bu neytral zonaya basdırılmış iqtidarın və müxalifətin minaları təmizlənsin və buradan boy göstərən insanların bəlli bir ideologiyadan uzaq soyuqqanlı mühakimələri ilə cəmiyyətimizin indisi və gələcəyi ilə bağlı sağlam və elmi yükü ağır olan tezislər əldə edilsin. Artıq bu neytral zonada yetişənlər nə iqtidara, nə də müxalifətə yaltaqlanmayacaqlar, hətta üstəlik xalqa da yaltaqlanmayacaqlar, düşündüklərini qərəzsiz, tərəfsiz, qorxusuz deyəcəklər və biz doğru mühakimənin yayğınlaşdığı bir mühit əldə edəcəyik. Onların da içində sağlam, realist, işıqlı ideyaların səslənişini görərsəm, heç şübhəsiz təqdirimi dərhal bildirərəm. Bütün hallarda bu barışmaz olduğu söylənən müxalifət cinahının qədim sakinlərindən biri kimi, mətbəxində hansı azuqələrin olduğunu və hansı aşbazların nə bişirməyə qadir olduğunu bildiyim halda belə, yenə də ümid edirəm ki, bu mühitdən də faydalı insanlar çıxa biləcəkdir. Həmin cinahdakı hər hansı bir neqativ testin səbəbinin fəlsəfi izahını birbaşa Maks Vebrin mükəmməl tərifini verdiyi inanc əxlaqı ilə bağlı təzahürdə axtarmaq lazımdır.
Dini cameədə də eyni durum hökm sürür. Bu inanc əxlaqı ilk baxışda əqidə və prinsip örtüyü ilə malalansa da, insan düşüncəsinin ideoloji buxovunun sökülməsinə imkan tanımır və bütün fəaliyyət prosesi hər zaman başqa bir inancda olan kimisə ifşa etmək üzərində qurulur. Hakimiyyəti ifşa etmək, onun məmurlarını ifşa etmək, ardınca öz sıralarındakı “satqınları” ifşa etmək və nəhayət, tükənərək özlərini “açıb tökmək”. Milli Şura adlanan müxalifət qurumunun ictimai baxışa təqdim olunan son müzakirələri əslində özlərini “açıb tökmək” mərhələsi idi. Halbuki, bununla daha doğru olanını yenə də tapa bilmədikləri üzə çıxdı. Doğru olan məhz özünü təftiş etmə yolu idi. Ənənəvi Çinli düşüncəsi çevrənin və ya başqalarının təftişindən çox, öz-özünü təftiş məsələləri ilə maraqlanır. Onlar ““Əşkiya”ya baxan xalq nədən arxamızca getsin” şikayətini etmirlər, “Biz nəyi yanlış edirik ki, xalq bizim arxamızca getmir” ifadəsi üzərində baş sındırırlar.
İnanc əxlaqının alternativi isə daha çətin tələblər qarşıya qoyur. Buna politoloji ədəbiyyatda “məsuliyyət əxlaqı” deyilir. İnanc inadı yerinə məsuliyyət ağlı önə çıxmağa başlayır. Dövlətin məsuliyyəti, millətin məsuliyyəti, şəhərin, rayonun, kəndin məsuliyyəti, ailənin məsuliyyəti və insanın məsuliyyəti bir-birini təqib edir və alınan qərarların motivasiyası sənin daşıdığın doğuracağı nəticəni öncədən görə bilmədiyin inanc deyil, məhz nəticəyə yönəlik məsuliyyət olur. İnancı sümükləşmiş bir dinçiyə yüz dəfə Qurandan ayə gətir, öz eşitdiyini əqidə olaraq gördüyündən, dəyişməyəcək. Bu xarakterdə olanlar üçün siyasət də eyni platformadır. Cəbhəçiyəm, müsavatçıyam, yapçıyam, öz yolum, öz əqidəm var, dünyanın çarxında nə dəyişim olarsa məni maraqlandırmaz, hər şey mənim durduğum inanc platformasından dəyərləndirilə bilər, deyib kimsə inadına duruşunu davam etdirəcəksə, bu, məsuliyyət hissindən mütləq uzaqlaşdıracaqdır.
Sevdiyim və tətbiq etdiyim ifadədir bu: “Dəyişmək cəsarətin yoxdursa, müzakirəyə nədən qatılırsan?”
Hansısa söhbət, hansısa kitab, hansısa film, hansısa bədbəxt və yaxud xoşbəxt sayılan hadisə mənim üçün bir dəyişim fürsətidir. Başqasının ağlının məhsulu səni dəyişmək gücündədirsə, inanc əxlaqının postulatları artıq burada işləməz hala gəlir.
Milli Şura deyilən qurumun ritorikasını tarixi təcrübədən anlamaq olar: Böyük Fransız İnqilabı liderlərinin gilyotin barədə çağırışları artıq ritorika çərçivəsindən çıxaraq öz başlarının kəsilməsinə doğru yönəlir. “Bütün xainlər ifşa olunmalıdır”, “bütün satqınlar linç edilməlidir”, “içimizdə elələri var ki, iqtidardakılar ondan yaxşıdır” ədəbiyyatının tanış ifadələri bir yana dursun, adamlar üstəlik eşşəyi də siyasi söhbətlərin içinə qataraq opponentinə “professor eşşək” deyə xitab edir, ardınca da mümkün ssenari gərəyi həmin professor da eşşəkliyə qarşı allergiyasını daha eşşəksəcinə ortaya qoyaraq “eşşək özünüzsünüz” cavabını verir və kənardan cəmiyyət də səssizcə bu eşşəkliyə başını bulayır.
Azərbaycanda mollalaşmış müdrik Xoca Nəsrəddin də dostu ilə yoldan keçərkən dalaşan bu iki nəfərdən birindən məhz bu sözü eşidir: “Eşşəyin biri!” Humanist atəşkəs ideyasına sadiq Nəsrəddin kişi yaxınlaşıb bu qəzəbli tərəfləri ayırmaq istəyəndə eşşək sözünün tuşlandığı zərərçəkmişin cavabı onu yerində durmağa məcbur edir: “Eşşək özünsən!”
Bir anlıq donma vəziyyətindən çıxaraq dostunun yanına geri dönən Nəsrəddin, “Onları nədən ayırmadan?” sualını eşitmək istəmədən səbəbi özü açıqlayır: “Onlar qohum çıxdılar”.
Ədəb məsələsində, müzakirə mədəniyyətsizliyi məsələsində, siyası prosesi izah məsələsində tək onlarmı qohum çıxdılar?
Xeyr, onlardan da kənarda siyasət və media politoloqları üçün ayrılmış müqəddəs yerləri ziyarət edənlərin də bu qohumluğa bu və ya digər dərəcədə dəxli var.
Ölkədə əməlli-başlı politikoz (politicosis; “psixoz”, “toksokoz” və b. tibbi terminlər) xəstəliyi yayılıb və bu siyasi xarakterli xəstəlikdir, özlüyündə siyasətlə birtərəfli məşğuliyyəti, politomaniyanı (politicomania) ehtiva edir. Politikoz - istənilən təzahürü siyasiləşdirməyə (incəsənət, elm, din, etika və s.), siyasətin əhəmiyyətini şişirtməyə, ondan mədəniyyətin bütün məzmununu çıxartmağa və ona insan həyatının bütün mənasını daxil etməyə meyillilikdir. Politikoz siyasətçilərin dünyanı siyasi mübarizə, sui-qəsd, ideologiya və başqa kateqoriyalar üzrə düşünən siyasətçilərin peşə xəstəliyi ola bilər.
İndi bu politikoz xəstəliyinin təzahürünü nədə görə bilərsən?
Diqqət yetirəndə görərsiniz ki, mənfi təzahürləri ilə yanaşı bu pandemiya ilə birlikdə əlverişli bir düşüncə dəyişimi fürsəti ortaya çıxmışdı. Pandemiya həm də qloballaşmadan özünə baxış tələbinə qarşı özünə qayıdışla qloballaşmaya baxış tələbi qoydu. Özünü möhkəmlədərək qlobal dünyaya nə verəcəyin barədə düşünməyə çağırış etdi. Bizdə də hər yerdə olduğu kimi, ənənəvi ziyalı düşüncəsi, həm də siyasətçi düşüncəsi bütövlükdə daxili siyasət məsələlərinə yönəlmişdi və tamamilə sosial istiqamətdə idi. Dünya müharibəsinin toppsuz-tüfəngsiz variantı olan pandemiya hadisəsi düşüncənin beynəlxalq siyasətə yönəlməsini qaçılmaz edir, düşüncə dairəsi bəşəriyə çevrilir. Əyalət düşüncəsi, əyalət maraqları, yaxud dar partiya və ya qrup maraqları arxada qalır. Bu fürsəti də doğru dəyərləndirə bilməyənlər, əyalət düşüncəsini bəşəri düşüncə ilə əvəz edə bilməyənlər cəmiyyətə yön verməkdə də çətinlik çəkməyə başlayıblar.
Azərbaycan siyasətinin “dərin adamı” kimi tanınan birisi hələ mart ayında deyirdi ki, seçkilərlə formalaşdırılan son parlament keçid dövrü üçün nəzərdə tutulub və bir və ya iki ildən sonra öz missiyasını yerinə yetirərək istefaya gedəcək. Onun əsas missiyası isə Konstitusiyada dəyişikliklər aparmaqdır.
Ardınca isə Azərbaycan mediasının “dərin adamı” kimi tanınan digəri deyir ki, may ayında demiş ki, il yarıma parlament buraxılacaq.
Sosial şəbəkələrdə Azərbaycan hüququnun “dərin adamı” kimi tanıdılan birisi də gözləri qıyılmış vəziyyətdə Günəşə baxaraq qısa müddətdə bu parlamentin özünü buraxacağını söyləyir.
Maraqlıdır ki, adətən dərin politoloji təhlil aparanlar daha çox siyasi proseslərin inkişaf tendensiyasını dəqiq vaxt üzərindən müəyyən etmirlər. Dəqiq vaxt üzərindən təhlil aparanlara siyasi proqnozçular deyil, hava proqnozçuları deyirlər. Yəni sabah yağış yağacaq, üç ay sonra tufan olacaq, yeddi ay yarım sonra göy guruldayacaq, səkiz ay üç gün sonra günəş tutulacaq və s. Ekologiya və Təbii Sərvətlər Nazirliyi siyasətimizin canını xilas etmək naminə bütün bu cür politoloqları nədən daha faydalı işə - proqnozotoloqluğa cəlb etməsin?...
Yalnız siyasi müxalifətinin özünü barışmaz hissəsi elan edənlər deyil ki politikoz xəstəliyinə tutulanlar. Guya neytral zonada olduğunu addımbaşı ifadə edən fərdlərin də düşüncəsinin hava proqnozçusu qəlibinə uyğun gəldiyini görəndə, bu cəmiyyəti bəşəriliyə necə uyğunlaşdıra biləcəyimizin sıxıntılarını daha çox hiss etmiş olursan.
Həbsxana ilə bağlı maraqlı bir lətifə ilə haşiyə çıxmaq olar. Biri həbsə düşür, yatıb-çıxmış dostlarından biri onu təlimatlandırır ki, hansısa artıq söz söyləməsə, işi yaxşı gedəcək, kimsə ona ilişməyəcək. Adam üç-dörd ay səsi çıxmadan cəzasını çəkir, qanuni oğrudan tutmuş digər nüfuzlu məhkumlara qədər kimsə ona dəyib-dolaşmır. Bir gün dəmir barmaqlıqlarla önü kəsilmiş pəncərə nəfəsliyinin qarşısında duraraq havanın buludlu olduğunu sezir və qəfildən uca səslə öz proqnozunu söyləyir ki, bəs bir azdan yağış yağacaq. Bir də görür ki, dört yerdən böyrünə bıçağı dirədilər. Və bıçağı dirəyənlər də deyirlər ki, əgər bir saata yağış yağmasa içalatını çölə tökəcəyik. Bu da artıq söz danışmanın təhlükəli fəsadı…
“Bir ilə parlement buraxılacaq, buraxılmayacaq” proqnozunu bir tərəfə buraxıb, bəlkə “bu koronavirusdan nə xəbər?” sualını cavablandırmağa təşviq edək bu “dərin adamlar”ı? Məsələn, Dünya Səhiyyə Təşklatı deyir ki, ilin sonuna qədər peyvənd tapılmayacaq. Bəs siz nə deyirsiniz, ey Azərbaycan müdriki, peyvəndi hansı gün, hansı saatda kəşf edəcəklər?...
Yazıq Bismark ona görə deyirdi ki, siyasətə elm kimi deyil, sənət kimi baxsanız yaxşıdır. Bu səbəbdən də Hemenevtikanın banisi Diltey də deyirdi ki, “bir-birindən daha az və ya çox görən insanlar yoxdur. Problem nəyisə düzgün və ya səhv görməkdədir”.
Buna görə də fikir fəlsəfəsindən görmə fəlsəfəsinə qayıtmaq ümumbəşəri varlıq üçün yeganə qurtuluş yoludur. Görmə fəlsəfəsi sənətin də intellektlə deyil, intiusiya ilə anlaşıla biləcəyini ehtiva edir. Beyni rasional siyasət anlayışına taxılıb qalmış, bəsit intuitiv siyasət anlayışı olmayanların bu sənəti Minotavr labirinti içində çürüməyə məhkum etdiklərini gördüyündə sabahın sağlam mühakiməsi olmayan cəmiyyətini bir daha təsəvvürə gətirib vahiməyə düşürsən.
Böyük rus filosofu Berdyayev “Rusiyanın taleyi” əsərində yazırdı ki, “siyasətdə zahiri əxlaqlılıq yersiz və dözülməzdir. Siyasətin arxasında insanın mənəvi enerjisi dayanmalıdır. Macəraçılıq prinsipi ilə qarışmış siyasətdə əxlaqçılar və radikallarda çox vaxt şəxsiyyətin əxlaqi bütövlüyü çatmır. Bu həm də cəmiyyətin xaos və anarxiya anlarında üzə çıxır. Bizdə qurban getməyə, öz həyatını ideyaya həsr etməyə qadir ayrı-ayrı qəhrəmanlar olur, ancaq inqilabçı kütlədə əxlaqi xarakter olmur”.
Bu tezisləri anoloji olaraq “Azərbaycanın taleyi” üzərindən təhlil edərkən Milli Şuranın son üzə çıxan görüntüsündə zahiri əxlaqlılığın fəsadlarını bir daha proqnozlaşdırmaq imkanı əldə etdik, əxlaqi bütövlüyü olmayan şəxslərin milli dava adlanan müqəddəsliyi küçə davası, milli şüar adlanan müqəddəs bir çağırışı küçə söyüşü səviyyəsində görə biləcəklərinin anonsunu verdilər.
Yenə də həmin Berdyayev siyasətin hüdudlarını belə təyin edir: “Siyasətdə mütləqlik mümkün deyil, nə teokratik, nə sosdem, nə də tolstoyçu anarxist mütləqlik mümkün deyil. Ancaq mütləqlik insan ruhunun başlanğıcında, insanın müqəddəs saydığı dəyərə daxili inamında mümkündür. Siyasətin özü isə həmişə konkret və nisbidir, həmişə mürəkkəbdir, həmişə mövcud zamanın və məkanın tarixi məsələləri ilə bağlıdır. Siyasətdə hər şey xüsusilə olur, ümumiyyətlə olmur. Siyasətdə hər şeyi prinsipin gücünə avtomatik təkrarlamaq olmaz. Bir tarixi anda yaxşı olan, digərində pis ola bilər”.
İndi düşünün, ötən əsrin 90-cı illəri ilə günümüzün başlayan 20-ci illərinin sadəcə bir fərqi var: fərqli tarixi anlardır və hər bir tarixi anın öz tələbi və öz davranış qaydaları var. İndi Milli Şuranın siyasi lunatikliyi bu fərqli tarixi anların yerlərini dəyişik salmağa davam edəcəksə, özlərinin siyasi intiharını bir yana qoyub, ardınca gələnlərin faydalı düşüncə əmsallarını sıfırlamağa və nəticədə İslam dinində olduğu kimi yobazlaşmış din kütləsinə bənzər yobazlaşmış siyasi kütlə yaratmaqla onların dini həyatımızı zəhərlədikləri kimi, bunlar da siyasi həyatımızı zəhərləməyə davam edəcəklər .
Unutmayaq ki, xalq deyilən, mexaniki formasız kütlə deyildir, xalq xarakteri, şüur və iradə intizamı olan və nə istədiyini bilən orqanizmdir.
Demokratiya artıq xalq xarakterini təşkil edən, şəxsiyyəti hazırlayan, özünü milli həyatda əks etdirə bilən dəyərdir. Xalqı, onu təşkil edən şəxsiyyətləri illüziyalara bağlı yığın kimi deyil, milli həyatda əks olunan dəyər kimi hazırlamaq missiyasını bu dedi-qodu mühitinin mazoxizmindən zövq alanlar anlaya bilmədiklərini hər addımda ortaya qoyurlar.
Nə yazıq ki, mövcud tarixi şərtlərə görə bizdə xalq xarakterini demokratiya dəyəri deyil, təhlükəsizlik dəyəri şəkilləndirir. Bu da müstəqilliyin ilk illərindən miras qalan torpaq itkisindən doğan təhlükəsizlik sindromundan qaynaqlanır. Biz dini ənənəmizə görə kədərin, faciənin altında qalmağı xoşbəxt bir ideologiyaya çevirən bir toplumuq, onu ayaqlarımız üçün plasdarma çevirməyə qadir olan tarixi mirasa malik deyilik. Sadəcə bu təhlükəsizliyin keyfiyyəti haqlı ya da haqsız olaraq mədənin dolu, orta və ya boş olması ilə müəyyənləşir.
Aydındır ki, “milli mənfəəti” gerçəkləşdirmə hər iqtidarın vəzifəsidir. Demokratiya rejimlərində siyasi müxalifət bu gerçəkləşdirməyə nəzarət etmək üçün qurulmuş hüquqi bir müəssisədir. Bəli, bizdə bu müəssisənin “hüquqi”liyində durum arzuolunan səviyyədə deyil, lakin tədricən hakimiyyətin “müxalifətin institutlaşdırılması” problemi üzərində addımlar atmasına mənfi reaksiya ortaya qoymaqla bu “hüquqi”liyi daha çox gecikdirməyə çalışanları anlamaq mümkün deyil.
Bu xalqı demokratiyaya hazılamaq iqtidardan daha çox müxalifətin borcu, vəzifəsi olaraq baxılmalıdır. Çünki bir çox müxalifət təmsilçilərinin xalqa inadına dirəniş xassələrini aşılaması, ona aqressivliyi təlqin etməsi hər gün xalqı daha çox uzlaşma mədəniyyətini mənimsəməkdən uzalaşdırır. Düşüncələrini paylaşmadığınız bir professoru “eşşək” olaraq təsnif etmənin ardınca cümlənin qrammatik quruluşunu anlamayan, demokratiyanın “D” hərfini izah edə bilməyən sıradan bir insan məhz bu cür leksikonda uzaqbaşı həmin “eşşəyin quyruğu”na qədər xırdalanmış təsnifata uyğun gələcəkdir.
Elə bu kimi səbəblərdən də Sokrat sofistləri dinləyir və onların ritorikasındakı gücü etiraf edirdi, lakin həqiqətdən uzaq şeylər danışdıqlarını görüb onlara gülməyə başlayırdı.
Minotavr labirintini hələlik bir az arxa planda tutmamız mümkündür. Hələ ki, daha yumşaq görünən və daha çox bir qismimiz üçün təhlükəli sayılan “Koronavirus labirinti”ndən millət olaraq mümkün qədər az zərərlə çıxmamız lazım. Ancaq ABŞ-ın, Çinin, Rusiyanın Minotavr obrazında bu labirintin növbəti döngəsində kimləri qurban seçəcəklərini bilmirik. Üstəlik də illərdir kiçik böyür-başımızda xırda Minotavr balaları olan ermənilərin və farsların bizim üçün hazırladıqları balaca labirintlərdə ilişib qaldığımızı da unutmadan dalandan YOLa çıxmağı birlikdə öyrənməliyik.
Bunun üçün uzlaşma mədəniyyəti, dioloq mədəniyyəti oxuduğumuz və dəyər olaraq mənimsədiyimiz tək mətn olmalıdır.
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
İşıqlı və parlaq adamlarımız çoxdur.Lakin yerində olmayanlar,"təyinatla"seçilənlər bu işıqların üzə çıxmasına əngəl olur.İnşallah!Zaman öz sözünü deyəcək
Deyirəm Fazil bəyə ilə Fikrət Orxanoğluna, üstəlik də Seymur Verdizadə adlı jurnalistə xalqı ağıllandırmaq missiyalarına Qılız Qələm, Dərviş və Nobel mükafatı verilməlidir. Niyə də yox. 20 ildir ki, millətə ağıl dərsi verirlər. Görəsən, bunların özünə kim bu qədər ağıl verib?
Yerini əla rahatlamısan aşna. Qışda istidəsən, yayda sərində. Cibin də əlhəmdülillah boş deyil, 190 azn üçün SMS göndərməyə ehtiyac yoxdur. Bie 15 il də deputat olarsam. İndi də bala-bala filosofluq, sosioloqluq, analitiklik elə. ki, darıxmayasan. Ramiz Rövşənin ilk kitabında bir şer var idi. oradan bir misrada deyilirdi ki, "rahat birkürsünün yumşaqlığına nifrət toxumutək əkilə bilsəm". Bəziləri deyəsən rahat bir kresloya dibinəcən əkilə bilib və öz xoşuna oradan qopa deyi, hətta filosofluq da edir.
Əyalət daha aydın görür ki, qeyri-dəqiq SÖZlər qanuni vəddən çox uzaqdır!
filosov olub,natiqlik eləməklə məşğuldurlar. Millətin xeyrinə bir düzəməlli söz deyin.
heç bir məna yoxdur, yazır da
söz yığını