“Müvafiq qanunvericilik aktlarına əsasən sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından son illər kənd təsərrüfatı, ictami iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aidiyyatı üzrə məsələ qaldırılıb.


Şərhlər
Yəni OBXSS yenidən yaradılmalıdır ,qayıdaq SSRİ-yə,Əla
Bir "ОBХSS" qalıb,onu da bərpa edin işlərimiz düzəlsin.Hacı Məmmədov nə tez unuduldu,çox qəribədir.