Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.
“Report”un əldə etdiyi məlumata görə, xüsusi sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilməsi nəzərdə tutulub.
Komitə iclasında "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "2019-cu il dövlət büdcəsinin icrası barədə" hesabat müzakirə olunacaq.
Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək. İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.


Şərhlər