Menu

Qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

20.05.2020, 14:59
Qoşunlar start mövqelərinə çıxarılıb - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi başa çatıb. İdarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, eləcə də raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.

Şərhlər

Eldəniz 2020-05-20 15:55:43

Çox gözəl Allah ordumuzu qorusun ....Bir zəhmət day vəziyyətdən keçib onsuz da qəşəng bir yaylım atəş edib sabahkı innaqurasiya mərasimini ,yas mərasiminə çevirək də ...olmaz ...onsuz da pandemiya dövrüdür ..böyük yaş mərasimi təşkil edə bilməyəcəklər ,heç yerə də şikayət edə bilməyəcəklər ...çox çətin iş deyil yüngülvari bir neçə yaylım atəş edilir vəssalam..burada nə var ki, soruşanda da deyərik ki, hec bir çayxana təşkilatı bizə torpaq vermədiyi üçün ordumuz kiçik bir həmlə elədi...bu qeder bəsit ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol