Menu

Beynəlxalq hava nəqliyyatı assosiasiyası yeni tövsiyələr hazırlayıb - Pandemiyasonu dövr üçün

21.05.2020, 00:08
Beynəlxalq hava nəqliyyatı assosiasiyası yeni tövsiyələr hazırlayıb - Pandemiyasonu dövr üçün

Beynəlxalq hava nəqliyyatı assosiasiyası (İATA) koronavirus epidemiyası fonunda aviaşirkətlər üçün tövsiyələr hazırlayıb.

Assosiasiyanın saytıda yer almış sənəddə deyilir ki, aeroportlarda özünəxidmət üçün bütün vacib servislər fəaliyyət göstərməlidir. Gözləmə zallarında ara məsafəsini (distansiya) təmin etmək üçün şərait yaradılmalıdır.

Bununla bərabər tədqiqatlara görə, təyyarənin salonunda yoluxma riski çox aşağıdır - görünür ona görə ki, sərnişinlər bir-birinin arxasında otururlar və bu zaman oturacaqların kürəyi arakəsmə rolunu oynayır. Həm də hava süzgəcindən istifadə olunması rol oynayır, havanın aşağı sirkulyasiya olunması və uçuş zamanı sərnişinlərin yerdəyişməsinin məhdudluğu da öz rolunu oynayır.

İATA hesab edir ki. sərnişinlərin maskadan istifadəsi o halda məqsədəuyğundur ki, onlar arasında fiziki distansiya mümkün deyil.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol