Menu

Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız tutulub

21.05.2020, 09:25
Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız tutulub

Bakıda mənzillərdən oğurluq edən 25 yaşlı qız tutulub.

APA-nın məlumatına görə, mayın 9-da Suraxanı rayonu Əmircan qəsəbəsində İ. Abbasova məxsus mənzilə pəncərədən daxil olunmaqla 1000 manat dəyərində televizor və məişət əşyaları oğurlanıb.

Bundan başqa mayın 19-da Əmircan qəsəbəsində N. Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol