Özbəkistan 30 min vətəndaşını digər ölkələrdən vətənə qaytarıb və daha 12 min nəfərin təxliyyəsini planlayır. Bu barədə ölkə prezidenti Şövkət Mirziyoyev xəbər verib.
“Xəstəliklə mübarizə ilə bir sırada biz xaricdəki vətəndaşlarımızın da qayğısına qalırıq. Bu günə olan vəziyyətə biz 30 min həmvətənimizi vətənə qaytarmışıq. Xaricdə çətin vəziyyətə düşmüş daha 12 min nəfərin qaytarılması və onlara lazımi köməyin göstərilməsi istiqamətində tədbirlər görülür”– deyə, prezident bildirib.
Xatırladaq ki, koronavirus səbəbilə Rusiyada çalışan Özbəkistan, Qırğızıstan və Tacikistan qastarbayterləri çox çətin vəziyyətə düşüblər.
Onlar həm işlərini, həm evlərinə qayıtmaq imkanlarını itiriblər və beləliklə doğmalarının və dövlətin köməyindən məhrum olublar.
Sərhədlər bağlıdır və çətin vəziyyətə düşmüş insanlar diplomatik nümayəndəliklərin məntəqə və ya binalarına hücum edirlər. Tədricən onlar dövlət tərəfindən vətənə qaytarılır. Amma hələlik ehtiyacı olanların hamısı kömək ala bilməyib.
AzPolitika.info


Şərhlər