Menu

TƏLƏBƏLƏR TƏHSİL HAQLARINI ÖDƏMƏLİDİRLƏRMİ? - Millət vəkilinin yazısı

22.05.2020, 00:21
TƏLƏBƏLƏR TƏHSİL HAQLARINI ÖDƏMƏLİDİRLƏRMİ? - Millət vəkilinin yazısı

Etibar Əliyev

millət vəkili, təhsil eksperti 

Cəmiyyətdə Pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Konkret olaraq ali təhsildə nə baş verir? Pandemiya Ali məktəblər qarşısında eyni zamanda 3 problem yaratdı. 

Birincisi və ən əsası: Mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq. 

İkincisi: Virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə dəstək durmaq, üçüncüsü çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Burda bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etmək mümkün deyil.Bütün dünyada belədir.

Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirdiər. Müşahidələrimiz göstərir ki, Universitet var ki, günə 900 distant dərs təşkil edə bildi. Təhsil nazirliyi və müstəqil ekspertlər təhsilin bu növünü yetərincə yüksək səviyyədə təşkil edənləri və təşkil edə bilməyənləri aşkar etməlidirlər. 

Sual yaranır:  Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? 

Ali məktəblərin yeganə gəlir mənbəyi olan Təhsil haqlarının 83-85 faizi əmək haqlarına sərf olunur. Bu il Dövlət sifarişli yerlər 16.000 nəfər artırılıb. Ödənişli təhsil alan tələbələr də təhsil nailiyyətlərinə görə təqaüd alırlar. 

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar tələbələr üçün yüksək güzəştlərdir. 

Ali məktəb rəhbərləri də pandemiyanın tələbələrin təhsilinə təsirini yumşaltmaq məqsədilə müxtəlif güzəştlər həyata keçirirlər. 

Bununla yanaşı Biz müəllimləri də düşünməliyik. Pandemiya dövründə ən böyük fədakarlığı həkimlər və müəllimlər etdilər. Lakin həkimlər illər ərzində gördüyü işi, müəllimlər isə heç vaxt görmədikləri yeni işi etdilər: Distant dərslər apardılar.

Təhsilin bütün pillələrində çalışan müəllimlər bu dövr ərzində müxtəlif vasitələrlə dərs deməyə çalşdılar. Əlbəttə ki, bilik qazanmaq istəyi olan tələbələrin böyük kəsimi bundan bəhrələndilər. 

Tələbələrin kursadan-kursa keçmələri məsələsində problem yaradılmamlıdır. Distant təhsilin təşkili ənənəvi təhsildən qat-qat çətindir. Buna görə də tələbələr və valideynlər təhsil haqlarının ödənilməsinə anlayışla yanaşmalıdırlar. Bu yük də dövlətin üzərinə düşməməlidir. 

Onsuz da tələbələrə təhsil haqlarının hissə-hissə ödənilməsinə imkanlar verilir.Dövlətin dəstəyi ilə vətəndaşın dəstəyi uzlaşmalı və vəhdət təşkil etməlidir. “Birlikdə güclüyük” paradiqması isə bunun fəlsəfəsini təşkil etməlidir.

P.S. Nəzərə almaq lazımdır ki, elə ali məktəblər var ki, plan yerləri 70-80 faiz dolub. Bunun özü də müəllimlərin əməkhaqqının ödənilməsində ciddi problemlər yaradırdı.

Şərhlər

Adil 2020-05-22 08:44:23

Beli , indi muellimin 1 qep hôrmeti yoxdu !!!Odu sôndûrûb kûli ile oynayiriq.

Ağayev Ağahüseyn 2020-05-21 20:37:39

Etibar müə. indi müəllimlər məktəbə dincəlməyə ğəlir.YATMAQA ğəlir cünkü hər biri50-nəfərə yaxın şağird hazırlayır.Bədbəxt necə dərs desin.Mənim 5-nəvəm məktəbli iydi indi 2-tələbədir 3-ü məktəbli.Hər ay hər bir şağirdə 4-müəllim hazırlıq kecir.Qiyməti bilirsən ƏLAVƏ ali təhsil hakqı.BƏLA BUDUR. BİZİM dövrümüzdə şağird məktəbdə dərsi hazırlzyıb evə ğedirdi.Biz qoyun-mal otara-otara təhsil almışıq.56-il bundan qabaq orta məktəbi bitirmişə ixtisasım Mühəndis 2-si texnaloq mühəndisdir.İNDİKİ HAZIRLIQ ŞAĞİRDLƏRİ YALNIZ BİR SAHƏNİ ÖYRƏNİR.Biz AZƏRBAYCAN ,dünya və rus ədəbiyatını öyrənirdik bu ğündə onların hec biri bizimlə müqayisə etmək olmaz .Şağirdlər SAVADSIZ BÖYÜYÜR YƏNİ BİRTƏRƏFLİ. MÜƏLLİMLƏR ona ğörə dərsə laqeyiddir ki,VALİDEYİNLƏR BİĞANƏDİRşağirdə MÜƏLLİM bir söz deyəndə o dəqiqə müəllimi tənbeh edirlər.bizim valideyinlər hərdən ğəlib dərsdə otururdu və MÜƏLLİMƏ deyirdi ƏTİ SƏNİNDİR SÜMÜYÜ MƏNİM AND OLSUN ALLAHA BİZİM NƏSİL ELƏ BİLİRDİK MÜƏLLİM ĞÖRƏK YEMİR.Baxmayaraq mənim əmim 1940-cı ildən müəllim iydi.BAX MÜƏLLİM BİZİM ÜCÜN ALLAH QƏDƏR MÜQƏDDƏS İYDİ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol