24 milyondan artıq tibbi maska satışa çıxarılıb

“Xüsusi karantin rejimi yumşaldılandan sonra maskalara diqqət artıb”. "Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“24 milyondan artıq tibbi maska satışa çıxarılıb. Fevralın ortalarından indiyədək 18 milyon maska satılıb. Hazırda 6 milyon ehtiyat maskamız var. Ayın sonunadək 10 milyon civarında maska idxal olunacaq”, - o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar